Mingəçevir şəhər İşıqlanma idarəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilmişdir.
09 avqust 2023 | 11:10
Tədbirdə çıxış edən idarənin rəisi Azəri İsmayılov və digər çıxışçılar qeyd etdilər ki, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına böyük qayğı göstərən ulu öndər Heydər Əliyev 1960-cı illərin sonundan başlayaraq, sistemli, ardıcıl milli dil siyasəti aparmışdır. Məhz aparılan gərgin, sistemli mübarizənin nəticəsi olaraq ötən əsrin 70-ci illəri Azərbaycan dili və milli dilçilik elmimizlə bağlı itirilənlərin bərpası, səhvlərin, saxtakarlıqların düzəlişi dövrü oldu. Ulu öndər Heydər Əliyevin dil siyasəti özünəməxsus möhkəm prinsiplər əsasında qurulmuşdur.Məlumdur ki, XXI əsr Azərbaycan dilinin inkişafında əlamətdar hadisələrlə zəngindir. Xüsusilə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, ana dilimizin inkişafı, tətbiqi və təsir dairələrinin genişlənməsi ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin fərmanları, sərəncamları, habelə digər hüquqi-normativ aktlar, qanunlar, dilimizin daha da inkişafı üşün əlverişli şərait yaradır. Bu şərait Azərbaycan dilinin tədrisi işinin yüksək səviyyədə qurulmasına da geniş imkan və perspektivlər açır.
Bu gün çox böyük daxili inamla demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə çox böyük sevgi ilə davam etdirilir.