Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İctimaiyyət nümayəndələrinin 07.07.2023-cü il tarixli müraciətinə Şəhər İcra Hakimiyyətinin münasibəti

08 iyul 2023 | 15:26

Mingəçevir şəhərinin bir qrup ziyalılarının, ağsaqqallarının, ictimaiyyət nümayəndələrinin ünvanladığı Müraciət Mingəçevir şəhərində son illərdə həyata keçirilən quruculuq işlərinin güzgüsüdür. Qeyd edək ki, nur şəhəri Mingəçevirdə görülən hər bir abadlıq-quruculuq işi dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevin şəhərimizə göstərdiyi diqqət və qayğının təzahürüdür. Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən şəhərimizdə yeni park və istirahət güşələrinin yaradılması, istirahət məskənlərinə əlavələrin edilməsi, nümunəvi məhəllələrin salınması, o cümlədən məhəllələrdə əsaslı təmir-tikinti işlərinin reallaşması, çoxmənzilli binaların ümumi istifadə sahələrinin təmiri, işıqlanma sisteminin müasir standartlara uyğun yenidən qurulması, eyni zamanda yaşıllıq zolaqlarının artırılması məhz vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıyır. Göstərilən diqqətə görə ölkə Prezidentinə minnətdarlıq etməklə, şəhərinmizin bir qrup ziyalılarının, ağsaqqallarının, ictimaiyyət nümayəndələrinin ünvanladığı Müraciəti təqdir edirik. Bu o deməkdir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına əsasən görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanır. Qeyd edək ki, bu qəbildən olan abadlıq işləri bundan sonra da geniş müstəvidə davam etdiriləcəkdir. Müraciətdə qeyd edildiyi kimi, şəhərimizdə görülən işlər barədə müxtəlif sosial şəbəkələrdə əsası olmayan, qərəzli yazılar və videolar paylaşan blogerlər, mətbuat işçiləri insanların fikirlərini çaşdırırlar. Mingəçevir şəhər İcra Hakimiyyəti olaraq həmin blogerlərdən və mətbuat işçilərindən xahişimiz odur ki, şəhərin hər hansı küçə və məhəlləsində, istirahət güşələrində, yaşıllıq zolaqlarında və digər ərazilərdə qarşılaşdıqları problemləri ictimaiyyətə təqdim etməzdən qabaq Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavinlərinə, müvafiq şöbə əməkdaşlarına (əlaqə nömrələri Mingəçevir şəhər İcra Hakimiyyətinin saytında var) müraciət ünvanlamaqla araşdırma və dəqiqləşmə aparsınlar və sonradan onu mətbuatda işıqlandırsınlar.Hesab edirik ki, məlumatların dəqiqliyi və ictimai rəyin formalaşmasına düzgün təsiri baxımından səmərəli olar.Bir daha bildiririk ki, məqsədimiz və fəaliyyətimizin başlıca hədəfi Mingəçevirin daha da inkişafına, gözəlliyinə əlavələr etməklə vətəndaşların məmnunluğunu artırmaqdır.

Keçidlər