Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində “Konstitusiya və Suverenlik ili” münasibəti ilə dəyirmi masa keçirilib.

11 mart 2025 | 15:53

Mart ayının 11-də Mingəçevir Gənclər Evində keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konstitusiya və Suverenlik ilinə həsr olunmuş film nümayiş etdirilib.

İcra Hakimiyyətinin məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərlərinin, mətbuat işçilərinin, əmək veteranlarının, şəhid ailələrinin üzvlərinin, qazilərin, ictimaiyyət nümayəndələrinin, təhsil, səhiyyə, idman müəssisələrinin təmsilçilərinin iştirak etdiyi tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Konstitusiya və Suverenlik ili” haqqında, şəhər prokurorunun müavini, ədliyyə müşaviri Balahüseyn Şabanov “Azərbaycan Respublikası Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır”, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Azərbaycan Respublikasında Dövlət suverenliyi gününün təsis edilməsi dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edir”, Mingəçevir Dövlət Universitetinin hüquqşünası Polad Atayev “Konstitusiyamız ölkəmizdə insan hüquq və azadlığının təminatçısıdır”, 14 №-li tam orta məktəbin tarix müəllimi Afaq Mustafayeva “Konstitusiya və Suverenlik ilinin elan edilməsi birliyimizin və həmrəyliyimiizn ifadəsidir” mövzusunda məruzələrlə çıxış ediblər.

Keçidlər