Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına əsasən yeni ilin ilk günlərindən küçə və məhəllələrdə abadlıq-quruculuq və əsaslı təmir işləri davam etdirilir.

13 yanvar 2023 | 14:47

Ötən illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına çərçivəsində Mingəçevir şəhərində də uğurlu layihələr icra olunub. Belə ki, şəhərdə vətəndaşların istirahəti, asudə vaxtının səmərəli keçməsi üçün park və istirahət məskənləri salınıb, yaşıllıq zolaqları genişləndirilib. Çoxmənzilli yaşayış binalarının bir çoxunda əsaslı təmir işləri yekunlaşıb, nümunəvi məhəllələr yaradılıb, işıq, qaz, su xətlərində mövcud olan problemlərin həlli istiqamətində işlər görülüb. Mingəçevir şəhər İcra Hakimiyyətinin növbəti layihəsi N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişdiyi məhəllədə həyata keçiriləcək. Yanvar ayının 13-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun həmin məhəllədə növbəti görüşü keçirilib. Şəhərin idarə və müəssisə rəhbərlərinin və işçilərinin, ictimaiyət nümayəndələrinin, KİV əməkdaşlarının iştirak etdiyi görüşdə şəhər rəhbəri ötən illər Mingəçevirdə görülən quruculuq işləri haqqında qısa məlumat verərək bu cür işlərin cari il ərzində şəhərin bir çox ərazilərində davam etdilriləcəyini bildirdi. Qeyd etdi ki: “ N.Nərimanv küçəsindəki 3, 5, 7, 9/29 nömrəli və 20 Yanvar küçəsindəki 31 nömrəli binaların qarşısında yeni nümunəvi məhəllənin yaradılması işlərinə başlanılır. Bu işlər şəhər İcra Hakimiyyətinin tədbirlər planına əsasən yerinə yetirilir. Binaların hər birində ümumi istifadə sahələri, giriş dəhlizləri əsaslı təmir edilərək müasir formalı giriş qapıları və pəncərə çərçivələri qoyulacaq, şüşəbəndlər salınacaq, suvaq və rənglənmə işləri aparılacaq. Məhəllədə oturacaqlar qoyulacaq, söhbətgahlar yaradılacaq, yaşıllıq zolaqları salınacaq, qurumuş və təhlükə yaradan ağaclar budanacaq. Binaların qarşısı asfaltlanacaq, bordürlər düzüləcək. Eyni zamanda məhəllədə idman meydanı yaradılacaq, uşaqlar üçün atraksionlar, gənclər üçün idman qurğuları quraşdırılacaqdır ki, bu da yeni nəslin sağlamlığı üçün çox vacibdir. Müasir işıqlanma sisteminin quraşdırılması, qaz, su və kanalizasiya sistemi xətlərində mövcud olan problemlərin aradan qaldırılması da layihə çərçivəsindədir. Zirzəmilərin təmizlənməsi və antisanitariyanın aradan qaldırılması xüsusilə vacibdir. Şəhərimizdə görülən bütün abadlıq-quruculuq işləri dövlətimizin başçısı, cənab Prezidentimiz İlham Əliyevin tapşırıq və tövsiyəsidir ki, biz mingəçevirlilər də hamılıqla bu işləri yüksək səviyyədə görməyə çalışırıq. Mingəçevirin sağ və sol sahillərində, Energetiklər yaşayış massivində yaradılan nümunəvi məhəllələrdə yaradılan şəraitdən insanlar razılıq edirlər. Uşaqlar onlar üçün yaradılan idman qurğularnda sevinclə oynayır, gənclər isə idman qurğularında öz fiziki sağlamlıqlarını qoruyurlar. Bütün bunlar Mingəçevirin gözəlləşməsinə olan töhfədir və bundan hər birimiz məmunuq.” Məhəllədə quruculuq işlərini Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, Mənzil Təmiri və Abadlaşdırma İdarəsinin, İşıqlanma İdarəsinin kollektivləri həyata keçirəcək. Həmçinin Mingəçevir Sukanal, Qaz idarələrinin və digər təşkilatların işçiləri də quruculuq işlərində iştirak edəcəklər. Görüşdə icra başçısı İlham İsmayılov mətbuat nümayəndələrinin suallarını cavablandırdı. Sakinlərin şikayətlərinə aydınlıq gətirərək müvafiq aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verdi. Görüşün sonunda şəhər rəhbəri bütün kommunal xidmət rəhbərlərinə tapşırıqlarını verərək layihənin uğurla həyata keçirilməsi üçün mövcud olan problemlərin də aradan qaldırılmasını tövsiyə etdi.

Keçidlər