Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.

21 oktyabr 2026 | 18:23

        Oktyabrın 21-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib. Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

      Müşavirəni giriş sözü ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq qeyd edib ki, 2 oktyabr 2026-cı il tarixdə keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayında partiyanın sədri, ölkə prezidenti cənab İlham Əliyev geniş nitq söyləmişdir. İcra başçısı çıxışında cənab Prezidentin söylədiklərindən qeyd edib ki, İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Cənab İlham Əliyev müstəqilliyi, dövlətçiliyi, güclü iqtisadi və hərbi potensialı, öz imkanlarımızdan maksimum istifadə etmək imkanlarını dövlət siyasətinin dəyişməz ana xəttinin əsas istiqamətləri kimi müəyyən edib. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə nüfuz qazanmış ölkədir. Müharibələr, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq, təhlükəsizlik mühiti ilə dünya ölkələri arasında xüsusi yeri ilə seçilir. Cənab Prezidentiimizin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasi kursun sayəsində Azərbaycan nəinki öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, həm də qarşıdan gələn uzun dövr üçün dayanıqlı inkişafın ardıcıllığına etibarlı zəmin yaradır. Azərbaycan regionda yeni reallığı formalaşdıran orta güc, beynəlxalq aləmin diqqət mərkəzində olan aktual məsələlərin müzakirə olunduğu mühüm platforma, dünyada sülh və təhlükəsizliyi təhdid edən problemlərin həllində uzlaşdırıcı və barışdırıcı missiya yerinə yetirən ölkə hesab olunur.

     Qurultayın aktuallığı onda idi ki, cənab Prezidentin çıxışında bir sıra məsələlərə dair mühüm mesajlar irəli sürülmüşdür. Şəhər rəhbəri İlham Əliyevin çıxışından sitat gətirərək qeyd edib ki, “Təsəvvür edin, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı heç vaxt imkan verməzdi ki, Azərbaycan xalqının başına bu oyun açılsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi müdriklik göstərmişdir”.

     Müşavirədə Şəhər Ağsaqqallar Şurasının sədri Mustafa Muradov, Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil sektorunun müdiri Rüstəm Aslanov, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, MDU Pedaqoji fakultəsinin dekan müavini, şəhid ailəsi Flora Namazova, Vətən müharibəsi qazisi Pərviz Məmmədov, Mingəçevir Dövlət Universitetinin dosenti, Əməkdar müəllim Mayıl İsmayılov çıxışlarında Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri olan əhalinin sosial rifahının yaxşılaşdırılması, əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması sahəsində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Cənab Prezidentin proqram xarakterli nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşacaqlarını bildiriblər.

Keçidlər