Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşdü

18 may 2022 | 15:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlara əsasən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ökəmizdə həyata keçirilən quruculuq və yenidənqurma işləri Mingəçevir şəhərində də uğurla davam edir. Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına əsasən həyata keçirlən şəhərin bütün küçə və məhəllələrində ardlcıl olaraq əsaslı tikinti işləri vətəndaşların şəraitinin yaxşılaşdırılmasını təmin edir. May ayının 18-də şəhərimizin Nəriman Nərimanov küçəsindəki 44 nömrəli binanın qarşısında keçirilən görüş ərazidə start götürən işlərə baxış idi. Kommunal xidmət sahələrinin, idarə və təşkilat rəhbərlərinin, ictimaiyyət və KİV nümayəndələrinin, məhəllə sakinlərinin iştirak etdiyi görüşə gələn Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə prezidentinin diqqət və qayğısı, bilavasitə rəhbərliyi ilə həyata keçirilən abadlıq-quruculuq işlərinin sahəsinin genişləndiyini bildirdi. Qeyd olundu ki, bu gün 8 bloklu, 90 mənzilli bu binanın fasad hissəsində və bloklarında, ümumi istifadə sahələrində əsaslı tikinti işlərinə başlanır. Binanın fasadı üzlənərək rənglənəcək, blokların divarları suvanacaq, pəncərə çərçivələri və şüşəbəndlər, giriş qapıları qoyulacaq. Bundan sonra ərazidə, N.Nərimanov, Heydər Əliyev, Ş.İ.Xətai və A. Məmmədov küçələrində yerləşən daha 10 binada bu cür əsaslı təmir işləri görüləcək. Əsas məqsəd sakinlərin sosial şəraitinin yaxşılaşdırılması, yaşadıqları binanın qarşısında istirahətləri, uşaq və gənclərin şənlənməsi, əylənməsi üçün zəruri olan şəraitin yaradılmasıdır. Görüşə gələn məhəllə sakinləri qarşılaşdıqları problem və çətinliklərdən danışdılar. Kanalizasiya sistemində mövcud olan problem, qurumuş ağacların kəsilməsi, binanın qarşısında oturacaqların qoyulması, ağacların suvarılması kimi məsələlər diqqət mərkəzinə çəkildi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aidiyyəti olan idarə və təşkilat rəhbərlərinı tapşırıqlar verərək problemlərin dərhal həll edilməsi üçün tapşırıqlar verdi.

Keçidlər