Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar qəbulu oktyabrın 15-də keçirilib.
16 oktyabr 2026 | 10:11
8 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, şəhər prokuroru, Bələdiyyənin nümayəndəsi, idarə və müəssisələrin rəhbərləri, müxtəlif küçələrdən gələn sakinlər, mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan İlham İsmayılov şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə qısa məlumat verib. Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı ölkəmizin bütün bölgələrinin, o cümlədən Mingəçevirin inkişafına imkan yaradır.
Çıxış edən sakinlər bəzi ərazilərdə gecə işıqlanmasında olan narahatlıq, ağacların budanması, asfalt örtüyünün salınması, kölgəliyin qoyulması, uşaqlar üçün idman-əyləncə meydançasının yaradılması və digər məsələlərlə bağlı fikirlər bildirilib. Çıxışlarda ölkə Prezidentinə minnətdarlıqlar ifadə olunub. Müraciətlərlə bağlı aidiyyəti müəssisə rəhbərlərinin məlumatları dinlənilib, hər bir məsələ nəzarətə götürülüb.
Görüşün sonunda şəhər rəhbəri qaldırılan problemlərin həlli ilə əlaqədar müvafiq müəssisə rəhbərlərinə tapşırıqlarını verib.