Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar qəbulu noyabrın 19-da keçirilib.

20 noyabr 2026 | 10:30

Energetiklər yaşayış massivindəki 4 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, sakinlər iştirak ediblər.

Görüşü açan İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarda həyata keçirilən abadlıq-quruculuq işlərindən danışıb. Mingəçevirdə ardıcıl olaraq reallaşan əsaslı təmir və abadlıq işlərinin vətəndaşların rifah halının yaxşılaşdırılmasına imkan yaratdığını qeyd edib.

Şəhər rəhbəri sakinlərə "Mygov" platformanın portalı və mobil tətbiqi barədə məlumat verdi. Bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"na əsasən, rəqəmsal dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" platformaları vasitəsilə "bir pəncərə" prinsipi ilə göstəriləcək.

Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən, idman meydançalarının yaradılması, asasfalt örtüyünün çəkilməsi, küçələrin işıqlandırılması, xeyir-şər mağarının sökülməsinin qarşısının alınması, işlə təminat, ağacların budanması və ya götürülməsi və s. məsələlərlə bağlı olub.

İlham İsmayılov bildirilən problemlərlə bağlı aidiyyəti müəssisə rəhbərlərinə tapşırıqlarını verib, işə məsuliyyətlə yanaşmağın zəruriliyini qeyd edib.

Keçidlər