Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar qəbulu noyabr ayının 5-də keçirilib.
06 noyabr 2026 | 10:35
Qəbulda iştirak edən vətəndaşlar küçə işıqlandırılması, sahibsiz itlərin çoxluğu, çoxmənzilli yaşayış binalarının dam örtüyünün təmiri, ağacların budanması, kanalizasiya sisteminin təmiri və digər məsələlər qaldırdılar. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərin müraciət və təklifləri ilə bağlı təsərrüfat və xidmət sahələrinin məsul şəxsərinə müvafiq tapşırıqlar verdi. Bir sıra müraciətlər nəzarətə götürüldü.






