Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü yanvar ayının 21-də keçirildi

22 yanvar 2025 | 11:48

Energetiklər yaşayış massivindəki A.Niftəliyev adına mədəniyyət mərkəzində keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, yaşayış massivindəki müxtəlif binalardan və fərdi evlərdən gələn sakinlər, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov cənab prezident İlham Əliyevin tapşırığı ilə keçirilən səyyar görüşlərdə vətəndaşların qarşılaşdıqları problemlərin az vaxt ərzində həll olunmasına imkan yaratdığnı bildirdi. Ötən illərdə şəhərimizin bütün ərazilərində, o cümlədən bu yaşayış massivində ardıcıl olaraq abadlıq-quruculuq işlərinin uğurla yekunlaşdığını qeyd edib. Cari il üçün yeni tədbirlər planının hazırlandığını diqqətə çatdıran şəhər rəhbəri şəhərimizi gözəlləşdirmək, insanların rifah halının yaxşılaşdırılmasına nail olmaq üçün küçələdə, məhəllələrdə, istirahət məskənlərində quruculuq işlərininin sahəsinin genişlənəcəyini vurğuladı. Yaşayış massivində işlərin böyük hissəsinin yekunlaşdığı, əsasən kanalizasiya xəttinin yenilənməsi prosesində yaranan ləngimələrin tezliklə sürətlənəcəyi qeyd olundu:- “Bu il burada 1 istirahət parkı salınacaq, 1 nümunəvi məhəllə yaradılacaq, o cümlədən asfaltlanma işləri aparılacaq, həmçinin piyada keçid yollarının yaradılması, işıqlanma nöqələrinin artırılması, yaşıllıq zolaqlarının genişlənməsi işləri reallaşacaqdır”. Çıxış edən sakinlər icra olunan abadlıq-quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirərək, rastlaşdıqları problemlərdən danışıblar.

Sənədsiz evlərin sənədləşdirilmısi problemindən söz açılıb. Bəzi binaların qarşısında uşaq idman meydanının yaradılması, fərdi evlərdən ümumi kanalizasiya sisteminə xəttin qoşulmaması və bunun antsanitar vəziyyət yaratması diqqətə çatdırılıb. İşsizlik, eyni zamanda yaşayış binasının dam örtüyündən yağışlı günlərdə suyun damması kimi müraciətlərlə və digər məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərləri açıqlamalar veriblər. İcra başçısı İlham İsmayılov diqqətə çatdırılan problemlərlə bağlı müvafiq müəssisə rəhbərlərinə tapşırıqlarını verib. Bildirib ki, vətəndaşların əsas problemlərindən olan məşğulluq ölkə prezidentinin diqqətindədir. Şəhərimizdə yeni iş yerlərinin yaradılması, yeni istehsal müəssisələrinin inşası üçün hazırlıqlar aparılır.

Sahibkar layhələrinin reallaşmasına göstərilən diqqət sayəsində ötən il onlarla vətəndaş iş yeri ilə təmin olunub və bu davam etdiriləcəkdir. Şəhərimizin gözəlləşməsi, sakinlərin rifah halının yüksəldilməsi üçün biz şəhər rəhbərliyi və müvafiq qurumların kollektivləri bütün gücümüzlə çalışacağıq. Hər birinizə işlərinizdə uğurlar arzulayıram.

Keçidlər