Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü sentyabrın 3-də keçirilib.

04 sentyabr 2026 | 09:42

Ş.İ.Xətai küçəsindəki 10 nömrəli binanın qarşısında keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, şəhər prokuroru, polis şöbəsinin rəisi, şəhər Bələdiyyəsinin sədri, sakinlər, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə təşkil edilən səyyar qəbulların əhəmiyyətindən danışıb. Cənab Prezidentin regionlara göstərdiyi diqqətdən, həyata keçirilən abadlıq quruculuq işlərinin sahəsinin genişləndiyindən söz açıb. Məhəllələrdə, park və xiyabanlarda, küçələrdə görülən quruculuq işlərindən, işıqlanma sisteminin yenidən qurulmasından, vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi ilə icra olunan layihələrdən bəhs edib. İnsanların məşğulluğunun diqqətdə olduğu qeyd olunub. Çıxış edən sakinlər görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Bir çox problemlər diqqətə çatdırılıb. Binaların qarşısında olan bəzi hündür ağacların budanması, ağacların diblərinin suvarılması, uşaq idman meydançasının ətrafında bərpa işlərinin aparılması, sahibsiz itlərin ərazidən uzaqlaşdırılması, su novlarının təmizlənməsi, həşaratlara və ilanlara qarşı dezinfeksiya işlərinin aparılması və digər məsələlər barədə müraciətlər dinlənilib. Şəhər rəhbəri hər bir müraciəti və aidiyyəti müəssisə rəhbərinin məlumatlarını dinlədikdən sonra problemlərin vaxtında aradan qaldırılması üçün yerində tanışlıq etməyi və məsuliyyətlə yerinə yetirməyi tapşırıb. Vətəndaşların məmnunluq hissinə nail olmaq üçün bundan sonra da yeni layihələrin icra olunacağını bildirib.

Keçidlər