Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü noyabr ayının 6-da 10 nömrəli tam orta məktəbin akt zalında keçirilib.

07 noyabr 2025 | 10:11

Görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, müxtəlif küçələrdən gələn sakinlər, şəhər Bələdiyyəsinin sədri, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiıəri iştirak ediblər. Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əziz bayramlar, 8 Noyabr Zəfər Günü, 9 noyabr Dövlət Bayrağı Günü, 11 noyabr Mingəçevirin şəhər statusu almasının ildönümü və 12 noyabr Konstitusiya Günü münasibəti ilə tədbir iştirakçılarıma və onların timsalında ailə üzvlərinə təbriklərini, xoş arzularını ünvanlayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə vətəndaşlarla keçiriıən səyyar görüşlərin əhəmiyyətindən danışıb, dövlət başçısının regionların inkişafı və tərəqqisinə göstərdiyi diqqət və qayğını vurğulayıb. Mingəçevirdə həyata keçirilən layihələrdən söz açaraq Heydər Əliyev prospektində iki xiyabanda başlanan quruculuq işlərinin sürətlə davam etdirildiyini bildirib. Çıxış edğn sakinlər görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Problemlər diqqətə çatdırılıb. Bəzi binaların zirzəmilərinin çirkab su ilə dolu olduğu, hündür ağacların fəsad verməsi səbəbindən budanması təklifi, sahibsiz itlərin təhlükə yaratması, çoxmərtəbəli binanın dam örtüyündən eyvana yağış sularının damması kimi müraciətlər edilib. Aidiyyəti müəssisə rəhbərlərinin problemlərlə bağlı məlumatlarını dinləyən İcra başçısı İlham İsmayılov müraciətlərə ciddi yanaşmağı, qısa vaxt ərzində həll etməyi tapşırıb.

Keçidlər