Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü may ayının 22-də keçirilib.

23 may 2025 | 09:48

Ü.Hacıbəyli adına 1 nömrəli musiqi məktəbin akt zalında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Prezident Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, yaxın küçələrdəki binalardan və müxtəlif ərazilərdəki fərdi evlərdən gələn sakinlər, Mingəçevir Bələdiyyəsinin, idarələrin, kommunal xidmət müəssisələrinin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən abadlıq-quruculuq işləri haqqında məlumat verdi.

Çıxış edən sakinlər həyata keçirilən abadlıq-quruculuq işlərinə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edərək, qarşılaşdıqları problemlərdən danışıblar. Sakinlər tərəfindən yeni kanalizasiya xəttinin çəkilişi zamanı yol verilən nöqsanların fəsadları, yaşıllıq zolaqlarına texniki su xəttinin çəkilişi, bəzi binaların qarşısına oturacaq və kölgəliklərin qoyulması barədə müraciətlər olunub. Ərazilərdə uşaq və gənclər üçün idman meydançalarının hazırlanması, idman qurğularının quraşdırılması, bəzi küçələrdəki dayanacaq yerlərinin dəyişdirilməsi, binaların əsaslı təmiri ilə bağlı təkliflər diqqətə çatdırılıb.

Ölkə Prezidentinin tapşırığına əsasən ölkəmizin hər bir bölgəsində, o cümlədən Mingəçevirdə vətəndaşlarla səyyar qəbulların keçirilməsinin və bu görüşlərdə qaldırılan problemlərin nəzarətə götürülərək həllinə nail olunduğunu qeyd edən Prezident Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin 3-cü sektorunun müdiri Vəfadar Bağırov bunun dövlətimizin vətəndaşlara göstərdiyi diqqətin təzahürü olduğunu vurğulayıb.

Şəhər rəhbəri İlham İsmayılov qeyd olunan problemlərin həlli ilə bağlı aidiyyəti müəssisə rəhbərlərinə ciddi tapşırıqlarını verib.

Keçidlər