Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü may ayının 21-də keçirildi.
22 may 2026 | 11:06
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü may ayının 21-də keçirildi. 9 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, şəhər prokuroru, polis şöbəsinin əməkdaşı, şəhər Bələdiyyəsinin nümayəndəsi, idarə və müəssisələrin rəhbərləri və təmsilçiləri, sakinlər və mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan İcra başçısı İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, şəhərin inkişafına yönələn layihələr və əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Regionlara göstərilən diqqət və qayğıdan, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Dövlət Proqramına uyğun olaraq Mingəçevirdə başlanan layihələrdən, abadlıq-quruculuq işlərinin genişlənməsindən söz açılıb. Vətəndaşların məşğulluğunun diqqət mərkəzində olduğu, yeni sənaye müəssisələrinin yaradılacağı qeyd olunub.
Çıxış edən sakinlər görülən işlərə görə razılıqlarını ifadə etməklə ölkə Prezidentinə, əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər. Bəzi yaşayış binalarının əsaslı təmir edilməsi, ərazidə uşaq idman meydançasının yaradılması, təhlükəli ağacların budanması və digər məsələlər ilə bağlı müraciətlər diqqətə çatdırılıb.
Müvafiq müəssisə rəhbərlərinin məlumatları dinlənilib. Qeyd olunan müraciətlərin nəzarətə götürüldüyünü bildirən İlham İsmayılov müvafiq müəssisə rəhbərlərinə problemlərin qanunvericiliyin tələblərinə uyğun həllini təmin etməyi tapşırıb