Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü may ayının 14-də Energetiklər yaşayış massivində olub.

15 may 2026 | 10:12

Mingəçevir Tibb Kollecində keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının və şəhər Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və təmsilçiləri, müxtəlif ərazilərdən gələn sakinlər, mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan İcra başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, şəhərin inkişafına yönələn layihələr və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib. Regionlara göstərilən diqqət və qayğıdan, Mingəçevirdə ardıcıl olaraq reallaşan abadlıq-quruculuq işlərindən söz açılıb, yeni iş yerlərinin yaradılmasının diqqət mərkəzində olduğu qeyd olunub.

Çıxış edən sakinlər görülən işlərdən məmnunluqlarını və ölkə Prezidentinə, zəhməti olan hər kəsə minnətdarlıqlarını bildiriblər. Yaşayış massivinə verilən isti su borularının nasazlığı səbəbindən qəzaların baş verməsi, yataqxana zirzəmisində rütubətin olması, mənzillərin sənədləşdirilməsi, sel-su kanalının təmizlənməsi, işlə təminat və digər məsələlərlə bağlı müraciətlər diqqətə çatdırılıb.

Aidiyyəti müəssisə rəhbərlərinin məlumatları dinlənilib. Hər bir müraciətin nəzarətə götürüldüyünü bildirən şəhər rəhbəri müvafiq müəssisə rəhbərlərinə qeyd olunan problemlərin qanunvericiliyin tələblərinə uyğun həllini təmin etməyi tapşırıb.

Keçidlər