Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü mart ayının 4-də keçirilib
05 mart 2025 | 11:31
9 nömrəli tam orta məktəbdə keçirilən görüşdə icra hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, Mingəçevir Bələdiyyəsinin, idarələrin və kommunal xidmət müəssisələrinin rəhbərləri və təmsilçiləri, məktəbə yaxın və şəhərin müxtəlif küçələrindən gələn sakinlər, mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizin bütün bölgələrində, o cümlədən Mingəçevir şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında geniş məlumat verib.
Görüşdə çıxış edən sakinlər yolların, kanalizasiya sistemlərinin təmiri, abad məhəllələrin salınması, ağacların budanması, binaların qarşısına suvarma xəttlərinin çəkilməsi və başqa problemləri diqqətə çatdırdılar.
Şəhər rəhbəri sakinlərin bildirdikləri problemlərin nəzarətə götürüldüyünü qeyd edərək aidiyyəti müəssisə rəhbərlərinə tapşırıqlarını verib, problemlərin həlli istiqamətində tədbirlərin görüləcəyini bildirib.