Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü mart ayının 18-də keçirilib.

19 mart 2026 | 10:35

Şəhər statistika idarəsində keçirilən görüşdə İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər prokuroru, yaşayış massivinin sakinləri, şəhər Bələdiyyəsinin sədri, idarələrin və kommunal xidmət müəssisələrinin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan İlham İsmayılov Prezident İlham Əliyevin tapşırığı ilə vətəndaşlarla keçirilən görüşlərdə diqqətə çatdırılan problemlərin həllinə nail olunduğunu qeyd edib. Vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə bir çox layihələrin icra olunduğunu bildirib. Şəhərin küçə və məhəllələrində, park və xiyabanlaında uğurla həyata keçirilən abadlıq-quruculuq işlərinin davam etdirildiyi diqqətə çatdırlb. Qeyd olunub ki, bu il 22 yaşayış binasında əsaslı təmir işləri aparılacaq, bir çox ərazilərdə işıqlanma sistemi yenidən qurulacaq, 22 küçə və 5 dalan ərazisinin asfaltlanması, iki xiyabanda yenidənqurma işlərinin reallaşacaq.

Çıxış edən sakinlər görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıq ifadə ediblər. Problemlərdən söz açılıb. Bəzi binaların kanalizasiya sistemində olan nasazlıq, sahibsiz itlərin təhlükə yaratması, işsizlik, uşaqlar üçün idman meydançasının yaradılması, əyləncə qurğularının quraşdırılması və digər müraciətlər diqqətə çatdırılıb.

Görüşün sonunda İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları, onların ailə üzvlərini, əzizlərini Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edərək evlərinə ruzi və bərəkət, uzun ömür və can sağlığı, xoşbəxt həyat arzulayıb. Sakinlərin müraciət etdikləri problemlərin qeydiyyata götürüldüyünü və qısa vaxt ərzində tədbir görüləcəyini bildirərək müvafiq müəssisə rəhbərlərinə tapşırıqlar verib.

Keçidlər