Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü mart ayının 12-də keçirilib.
13 mart 2026 | 09:42
14 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər prokuroru, yaşayış massivinin sakinləri, şəhər Bələdiyyəsinin sədri, idarələrin və kommunal xidmət müəssisələrinin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə vətəndaşlarla keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, diqqətə çatdırılan problemlərin həllini təmin etməyin ön planda olduğunu bildirib. Şəhərin küçə və məhəllələrində həyata keçirilən abadlıq-quruculuq işlərinin sahəsinin genişləndiyini, yeni layihələrin icrasına başlanıldığını diqqətə çatdırlb.Cari ildə 20 yaşayış binasının əsaslı təmir olunacağını, o cümlədən yeni ərazilərdə işıqlanma sisteminin çəkiləcəyini, asfaltlanma işlərinin görüləcəyini, iki xiyabanda yenidənqurma işlərinin reallaşacağını bildirib.
Çıxış edən sakinlər bəzi binaların qarşısında asfalt örtüyünün bərbad hala düşdüyü, səkilərin yaradllması, binaların ümumi istifadə sahələrinin əsaslı təmiri, ağacların budanması, qazanxana ərazisinin təmizlənməsi, dam örtüyünün su novlarının və tüstü bacalarının təmizlənməsi kimi müraciətlər diqqətə çatdırılıb.
Görüşün sonunda İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüş iştirakçılarını və onların timsalında ailə üzvlərini qarşıdan gələn Novruz və müqəddəs Ramazan bayramları münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb. Sakinlərin müraciət etdikləri problemlərin həll olunması ilə bağlı müvafiq müəssisə rəhbərlərinə tapşırıqlarını verərək işə məsuliyyətlə yanaşmağı tövsiyə edib.