Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü mart ayının 11-də keçirilib.
12 mart 2025 | 09:54
12 nömrəli tam orta məktəbdə keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, 20 Yanvar küçəsindəki binalardan və Mingəçevir kəndi yaşayış massivindən gələn sakinlər, Mingəçevir Bələdiyyəsinin, idarələrin, kommunal xidmət müəssisələrinin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşan abadlıq-quruculuq işlərindən, eyni zamanda Mingəçevirdə həyata keçiriləcək quruculuq işləri barədə geniş məlumat verib.
Çıxış edən sakinlər şəhərdə həyata keçirilən təmir-bərpa və quruculuq işlərinə görə ölkə Prezidentinə, şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, qarşılaşdıqları problemlərdən danışıblar. Yeni avtobus dayanacağının yaradılması, marşrut xəttinin yenilənməsi, avtomobillərin sürətinin tənzimlənməsi üçün yol nişanlarının qoyulması təklif olunub. Bəzi binaların ətrafında olan ağacların budanmasının vacibliyi bildirilib. Yaşayış massivində bəzi dalanlarda kanalizasiya xəttinin çəkilişinin tam başa çatmaması səbəbindən işıq nöqtələrinin qoyulmaması və asfaltlanma işlərinin aparılmaması diqqətə çatdırılıb. Həmçinin qəbiristanlıqda olan bir çox ağacların məzar daşlarının zədələməsinə səbəb olduğu barədə fikir irəli sürülüb.
Şəhər rəhbəri diqqətə çatdırılan problemlərlə bağlı müvafiq müəssisə rəhbərlərinin məlumatlarını dinləyərək tapşırıqlarını verib