Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü mart ayının 10-da keçirilib.
11 mart 2026 | 10:11
Tərəvəzçilik yaşayış massivindəki 5 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər prokuroru, yaşayış massivinin sakinləri, Bələdiyyənin sədri, idarələrin və kommunal xidmət müəssisələrinin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan İlham İsmayılov ölkə Prezidentinin tapşırığı ilə vətəndaşlarla keçirilən görüşlərdə bildirilən problemlərin diqqətdə saxlanıldığını və həllinə nail olunduğunu qeyd edib. Şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərinin razılıqla qarşılandığını diqqətə çatdırlb.
Çıxış edən sakinlər şəhərdə görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirərək rastlaşdıqları problemlərdən danışıblar. Əsasən kanalizasiya sisteminin yenidən qurulması işləri aparılan zaman yaranan problemlər, xəttin düzgün qoşulmadığı, asfalt örtüyünün bərbad hala düşdüyü, yaşayış massivində uşaq bağçasının inşa olunması, uşaq idman meydançasının, istirahət məskəninin yaradılması istəyi diqqətə çatdırılıb.
Görüşün sonunda İcra Hakimiyyətinin başçısı aidiyyəti müəssisə rəhbərlərinə qeyd olunan problemlərlə bağlı tapşırıqlar verdi. Bildirildi ki, istismar müddəti başa çatan kanalizasiya sisteminin Mingəçevirdə yenidən qurulması Dövlət Proqramına uyğun olaraq aparılır və bildirlən nöqsanlar nəzarətə götürülüb və diqqətdə saxlanılır.