Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü iyun ayının 24-də keçirilib
25 iyun 2025 | 09:47
Naxçıvan 46A saylı binanın qarşısında keçirilən görüşdə icra hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, Mingəçevir Bələdiyyəsinin, idarələrin və kommunal xidmət müəssisələrinin rəhbərləri və təmsilçiləri, əraziyə yaxın küçələrdən gələn sakinlər, mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Prezidenti Cənab İlham Əliyevin iyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirakı, bu əlamətdar hadisənin şəhərimiz üçün əhəmiyyəti barədə çıxış edib.
Görüşdə çıxış edən sakinlər kanalizasiya sistemlərinin təmiri, abad məhəllələrin salınması, ağacların budanması, binaların dam örtüyünün təmiri, işlə təminat və başqa problemləri diqqətə çatdırdılar.
Şəhər rəhbəri sakinlərin bildirdikləri problemlərin nəzarətə götürüldüyünü qeyd edərək aidiyyəti müəssisə rəhbərlərinə tapşırıqlarını verib, problemlərin həlli istiqamətində tədbirlərin görüləcəyini bildirib.