Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü iyun ayının 23-də keçirilib.
24 iyun 2026 | 10:01
Ə.Vahid 4 ünvanında keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi,müxtəlif ərazilərdən gələn sakinlər, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.
Sakinlərlə görüşdə şəhər rəhbəri Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb. İlham İsmayılov bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Mingəçevir şəhərində də həyata keçirilən abadlıq-quruculuq işləri uğurla icra edilir.
Görüşdə çıxış edən sakinlərin müraciətləri əsasən küçə işıqlandırılması, xeyir-şər mağarının təmiri, suvarma xəttlərinin çəkilməsi, zirzəmilərin çirkab sullarından təmizlənməsi və bir sıra digər məsələlərlə bağlı olub.
İlham İsmayılov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür