Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü iyun ayının 2- də olub.

02 iyun 2026 | 10:11

     Günəşli Bağlar massivindəki 20 nömrəli tam orta məktəbdə keçirilən qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, şəhər Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri, sakinlər, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İlham İsmayılov bildirib ki, ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı tapşırıqlarının icrasına hər zaman həssaslıqla yanaşırıq.

     Şəhər rəhbəri bu görüşlərin sakinlərin bildirdikləri problem və çətinlikləri öyrənmək, həllini təmin etmək üçün çox əhəmiyyətli olduğunu qeyd edib. Şəhərdə həyata keçirilən tikinti-təmir və abadlıq işlərinin uğurla davam etdirildiyini bildirib. Dövlət Proqramına uyğun olaraq "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Mingəçevirdə başlanan abadlıq-quruculuq işlərinin cənab Prezident İlham Əliyevin regionlara göstərdiyi diqqətin təzahürü olduğunu vurğulayıb. Vətəndaşların məşğulluğunun təmin olunması məqsədilə yeni iş yerlərinin açılacağı da qeyd olunub.

     Çıxış edən sakinlər görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Bəzi sahələrdə asfalt örtüyünün çəkilməsi, işıqlanna sistemində olan nasazlıq, təzyiqin aşağı olması səbəbindən suyun zəif verilməsi, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərə aidiyyəti müəssisə rəhbərləri tərəfindən aydınlıq gətirilib, qeydiyyat aparılb. Görüşün sonunda İcra başçısı hər bir müraciətlə bağlı tədbirlərin görüləcəyini bildirərək müvafiq müəssisə rəhbərlərinə tapşırıqlarını verib.

Keçidlər