Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü iyun ayının 11-də keçirilib.
12 iyun 2026 | 10:11
3 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər prokuroru, yaşayış massivinin sakinləri, Bələdiyyənin sədri, idarələrin və kommunal xidmət müəssisələrinin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.
Şəhər sakinləri kanalizasiya sistemindəki nasazlıqların aradan qaldırılması, zirzəmilərin dezinfeksiya olunması, ağacların budanması, sahibsiz itlərin kənarlaşdırılması, abad məhəllənin salınması, küçə işıqlandırılmsının zəif olması, xeyir-şər mağarının təmiri ilə bağlı müraciətlərini bildiriblər.
Şəhər rəhbəri tərəfindən sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi ilə bağlı tapşırıqlar verilib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun həlli üçün müvafiq qurumlar qarşısında məsələ qaıdırlacağı bildirilib. Bəzi məsələlərlə bağlı izahat verlib.
Vətəndaşlar mütəmadi olaraq keçirilən səyyar görüşlərdən razı qaldıqlarını bildirərək vətəndaşların problemlərinin həlli istiqamətində görülən işlərə görə Prezident cənab İlham Əliyevə və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan bu cür səyyar qəbullar mütəmadi xarakter daşıyır və vətəndaşların dövlət qurumlarına birbaşa müraciət imkanlarını genişləndirir. Bu görüşlər mövcud problemlərin operativ həlli, yeni təşəbbüslərin dəstəklənməsi və şəhərin sosial-iqtisadi inkişafına töhfə verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.