Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü iyul ayının 9-da keçirilib.

10 iyul 2026 | 10:57

V. Abdullayev küçəsindəki 8 saylı binanın qarşısında keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, şəhər prokuroru, şəhər bələdiyyəsinin, idarə və müəssisələrin təmsilçiləri, rəhbərliyi, sakinlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Görüşdə ölkə Prezidentinin tapşırığı ilə keçirilən səyyar görüşlərin əhəmiyyətindən danışan İlham İsmayılov son illər ərzində Mingəçevirdə həyata keçirilən abadlıq-quruculuq işlərinin genişləndiyini bildirib. Cənab Prezident İlham Əliyevin regionlara göstərdiyi diqqət və qayğı sayəsində vətəndaşların rifah halının yaxşılaşdırılması, asudə vaxtlarının mənalı keçməsi üçün şəhərin küçə və məhəllələrində yeni-yeni layihələrin icra olunduğunu, bu işlərin davam etdirildiyini qeyd edib.

Çıxış edən sakinlər yaşayış binalarının ümumi istifadə sahələrinin- blokların əsaslı təmiri, plastik pəncərə və seyf qapıların qoyulması, uşaqlar üçün idman meydançalarının yaradılması, qurumuş ağacların budanması, kölgəliyin qoyulması, sahibsiz itlərin uzaqlaşdırılması, ağacların suvarılması üçün texniki su xəttinin çəkilməsi və digər məsələlərlə bağlı müraciətləri diqqətə çatdırdılar.

Sakinlərin müraciətlərini dinləyən İcra başçısı sonda aidiyyəti müəssisə rəhbərlərinə qeyd olunan problemləri vətəndaşın iştirakı ilə bir daha aydınlaşdırmağı və həllini təmin etməyi tapşırıb.

Keçidlər