Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü iyul ayının 3-də İsmət Qayıbov küçəsindəki 4 saylı binanın qarşısında keçirilib.

04 iyul 2025 | 11:53

Görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, yaxın küçələrdəki binalardan və müxtəlif ərazilərdəki fərdi evlərdən gələn sakinlər, Mingəçevir Bələdiyyəsinin, idarələrin, kommunal xidmət müəssisələrinin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən abadlıq-quruculuq işlərinin insanların rifah halının yaxşılaşdırılması məqsədi daşıdığını bildirib. Qeyd olunub ki, Mingəçevirdə yaşayış binalarının əsaslı təmiri, fasad hissələrinin rənglənməsi, vətəndaşların istirahəti üçün şəraitin yaradılması, işıqlanma nöqtələrinin artırılması, asfalt örtüyünün salınması, uşaq və gənclər üçün idman meydançalarının hazırlanması işləri davam etdirilir. Bu məhəllədə də kanalizasiya sisteminin yenidən qurulmasından sonra əsaslı təmir işləri aparılacaqdır. Çıxış edən sakinlər abadlıq-quruculuq işlərinə görə ölkə Prezidentinə, şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, problemlərdən danışıblar. Kanalaizaiya sahəsindəki problemlər, ağacların budanması, blokların cari təmiri, asfalt örtüyündə olan çala-çüxurlar, istilik sisteminin olmaması, yaşıllıq zolaqlarına texniki su xəttinin çəkilməsi barədə fikirlər səsləndirilib. Oturacaqların qoyulması, uşaqlar üçün idman qurğularının quraşdırılması, meydançaların hazırlanması ilə bağlı müraciətlər də diqqətə çatdırılıb. Şəhər rəhbəri İlham İsmayılov qeyd olunan problemlərin nəzarətə götürüldüyinü bildirərək aidiyyəti müəssisə rəhbərlərinə tapşırıqlarını verib.

Keçidlər