Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü iyul ayının 2-də keçirilib.

03 iyul 2026 | 09:56

Heydər Əliyev prospektindəki 68/1 saylı binanın qarşısında keçirilən görüşdə İcra başçısı aparatının məsul işçiləri, şəhər prokuroru, polis şöbəsinin rəisi, idarə və müəssisələrin rəhbərləri, müxtəlif ərazilərdən gələn sakinlər iştirak ediblər.

İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün bölgələrdə olduğu kimi Mingəçevirdə də geniş abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, bütün bu layihələrin vətəndaş məmnunluğuna nail olmaq üçün icra edildiyini bildirib. Vətəndaşlarla ayrı-ayrı ərazilərdə keçirilən səyyar qəbullarda diqqətə çatdırılan problem və çətinliklərin həllinə imkan yaratdığını qeyd edib. Ötən il bu məhəllədə reallaşan quruculuq və əsaslı təmir işlərinin də məhz bu layihələrin bir hissəsi olduğunu, ərazidə sakinlərin rahat istirahəti, uşaqların əylənməsi üçün nümunəvi şəraitin yaradıldığı da qeyd olunub.

Görülən işlərdən razılıqlarını bildirən sakinlər qarşılaşdlqları problemlərdən söz açıblar. Bəzi ərazilərdə asfalt örtüyündə yaranan bərbad vəziyyət, ağacların budanması, zirzəmilərin dezinfeksiya edilməsi, mənzillərə istilik sisteminin çəkilməsi, istirahət məskəninin yaradılması və digər məsələlərlə bağlı müraciətlər edilib.

Müraciətlərlə bağlı müvafiq müəssisə rəhbərləri məlumat verərək vətəndaşın iştirakı ilə yerində tanışlıq etmək üçün qeydiyyat aparıblar. Şəhərimizdə həyata keçirilən hər bir layihənin cənab Prezidentin tapşırığı ilə icra olunduğunu bildirən şəhər rəhbəri sonda hər bir müəssisə rəhbərinə işə məsuliyyətlə yanaşmağı tapşırıb və bundan sonra da şəhərin gözəlləşməsi üçün müxtəlif küçə və məhəlləıərdə quruculuq işlərinin aparılacağını bildirib.

Keçidlər