Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü iyul ayının 14-də sağ sahil yaşayış massivində N.Vəzirov küçəsindəki 12 saylı binanın qarşısında keçirilib.
15 iyul 2025 | 14:40
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü iyul ayının 14-də sağ sahil yaşayış massivində N.Vəzirov küçəsindəki 12 saylı binanın qarşısında keçirilib. Görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, yaşayış massivindəki müxtəlif binalardan gələn sakinlər, Mingəçevir Bələdiyyəsinin, idarələrin, müəssisələrin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov cənab Prezident İlham Əliyevin tapşırığı ilə vətəndaşlarla keçirilən səyyar görüşlərin əhəmiyyətindən və problemlərin vaxtında həllinə nail olunmağından söz açıb. İcra Hakimiyyətinin tədbirlər planına əsasən şəhərin müxtəlif ərazilərində yaşayış binalarında əsaslı təmir işlərinin aparıldığını, məhəllələrdə nümunəvi şəraitin yaradıldığını, istirahət məskənlərində, xiyabanlarda yeni layihələrlə quruculuq işlərinin həyata keçirildiyini bildirən şəhər rəhbəri bildirib ki, bu yaşayış massivində görülən işlərin də sahəsi genişlənir. Belə ki, layihəyə əsasən 163-cü məhəllədə, yəni Təbriz küçəsindəki 3, 5,7,9 saylı binaların əsaslı təmiri aparılacaq, nümunəvi məhəllə yaradılacaq, uşaqlar üçün idman qurğuları qoyulmaqla meydança, mini futbol meydanı yaradılacaq, istirahət üçün oturacaqlar, kölgəlik qoyulacaq, digər zəruri işlər görüləcəkdir. Çıxış edən sakinlər abadlıq-quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Problemlər barədə məlumat verərək xahiş və təkliflərini bildiriblər. Bəzi binaların əsaslı təmiri, uşaqlar və gənclər üçün idman və əyləncə qurğularının quraşdırılması, idman meydançalarının yaradılması, ağacların budanması, kanalizasiya xəttinin çəkilişinin yarımçıq qalması və digər məsələlər barədə müraciətlər ediblər. Oturacaqların və kölgəliyin qoyulması, yaşıllıq zolaqlarının suvarılması, texniki su xəttinin çəkilməsi, asfalt üzərindəki çökəkliklər, bəzi yollarda radarın quraşdırılması, sürücülərin sürət həddinə riayət etməmələri, sahibsiz itrlərin təhlükəli vəziyyət yaratması kimi məsələlər də diqqətə çatdırılıb. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müvafiq qurumların rəhbərlərinə vətəndaşın iştirakı ilə qısa vaxt ərzində problemlərlə tanışlıq etməyi və həlli barədə məlumat verəməyi tövsiyyə edərək iştirakçılara bildirib ki, ardıcıl olaraq şəhərimizin gözəlləşməsi, vətəndaşların rihaf halının yaxşılaşdırılması naminə hər bir küçədə, istirahət məskənlərində quruculuq işləri reallaşacaq, Mingəçevirin gözəlliyinə yeniliklər ediləcəkdir.