Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü iyul ayının 10-də 20 Yanvar küçəsindəki 20 saylı binanın qarşısında keçirilib.

11 iyul 2025 | 10:08

Görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, müxtəlif binalardan gələn sakinlər, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin küçə və məhəllələrində həyata keçiriləcək abadlıq-quruculuq və əsaslı təmir işləri ilə bağlı məlumat verib. Qeyd olunub ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə vətəndaşlarla keçirilən səyyar görüşlərin əsas məqsədi problemlərin vaxtında həllinə nail olmaqdır. Davamlı olaraq şəhərin müxtəlif ərazilərindəki yaşayış binalarında əsaslı təmir işlərinin aparılacağını, məhəllələrdə nümunəvi şəraitin yaradılacağını, parklarda və xiyabanlarda yeni layihələr əsasında quruculuq işlərinin həyata keçiriləcəyini qeyd edən şəhər rəhbəri bildirib ki, bir gün əvvəl İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq bu məhəllədə Mingəçevir Bələdiyyəsi tərəfindən quruculuq işlərinə başlanıb. Burada uşaqlar üçün idman meydançası yaradılacaq, idman qurğuları quraşdırılacaq, oturacaqlar və kölgəliklər qoyulacaq, digər zəruri işlər görüləcəkdir. Çıxış edən vətəndaşlar şəhərdə aparılan abadlıq-quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Problemlər barədə məlumat verən sakinlər həm də təkliflərini bildiriblər. Şəhərdaxili nəqliyyat sistemində nöqsanların olduğu, yol nişanları, dayanacağın qoyulması, uşaqlar üçün idman meydançalarının yaradılması, ağacların budanması və texniki su xəttinin çəkilməsi, asfalt döşənməsinin təmin edilməsi, binaların havalandırma sisteminin təmizlənməsi, dezinfeksiya işlərinin aparılması kimi məsələlər diqqətə çatdırılıb. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aidiyyəti idarələrin rəhbərlərinə vətəndaşın iştirakı ilə problemlərlə tanışlıq etməyi tapşıraraq problemlərin vaxtında həllini təmin etməyi tövsiyyə edib və bildirib ki, əsas məqsədimiz şəhərimizi gözəlləşdirmək, sakinlərin istək və arzularına uyğun olaraq məmnunluğa nail olmaqdır.

Keçidlər