Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü fevral ayının 25-də keçirilib.
26 fevral 2026 | 09:31
Milli Qəhrəman Rəşad Mirabov adına 7 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər prokuroru, müxtəlif ərazilərdən gələn sakinlər, şəhər Bələdiyyəsinin sədri, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq şəhər ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat vermişdir.
Görüşdə çıxış edən sakinlər kanalizasiya xətlərinin çəkilməsi və təmiri, ağacların budanması, bina girişlərində elektrik sayğaclarının səliqəyə salınması, suvarma xəttinin çəkilməsi və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
İlham İsmayılov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.