Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü fevral ayının 24-də keçirilib
25 fevral 2025 | 14:27
Tərəvəzçilik sovxozu yaşayış massivindəki 5 nömrəli tam orta məktəbdə keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, ərazidən gələn sakinlər, Mingəçevir Bələdiyyəsinin, idarələrin, kommunal xidmət müəssisələrinin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov cari ildə Mingəçevirdə yeni sahələri əhatə edəcək abadlıq-quruculuq işlərindən danışıb.
Çıxış edən sakinlər bəzi dalanlarda işıqlanma sisteminin olmaması, yolların bərbad vəziyyətdə olması, asfaltlanma işlərinin vacibliyi, işqlanma dirəyinin yerdəyişməsi, zibil qablarının azlığı, kanalizasiya sisteminin yenidən qurulması zamanı daşıyıcı xəttin çəkilişi başa çatsa da əsas xəttə birləşmənin qoşulmaması, sənədsiz evlərin sənədləşdirilmısi və digər problemlərdən bəhs ediblər.
İcra başçısı İlham İsmayılov diqqətə çatdırılan problemlərlə bağlı aidiyyəti müəssisə rəhbərlərinə tapşırıqlarını verib, problemlərin həlli istiqamətində tədbirlərin görüləcəyini bildirib.