Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü fevral ayının 12-də keçirildi.

13 fevral 2026 | 10:15

Ü.Hacıbəyli adına 1 nömrəli musiqi məktəbinin akt zalında keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər prokuroru, müxtəlif küçələrdən gələn sakinlər, Bələdiyyə nümayəndəsi, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.

İlham İsmayılov çıxış edərək Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlardan, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən tədbirlərdən bəhs edib, şəhər ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, sosial problemlərin həlli istiqamətində görülən işlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.

Görüşdə çıxış edən sakinlər ağacların budanması, çoxmənzilli yaşayış binasının dam örtüyünün, bina girişinin təmiri, kanalizasiya xəttlərindəki nasazlıqların aradan qaldırılması, abad məhəllənin salınması, lazımsız elektrik dirəyinin götürülməsi və digər problemləri diqqətə çatdırdılar.

Sakinlər Ü.Hacıbəylinin adını daşıdığı musiqi məktəbinin qarşısına dahi bəstəkarın büstünün yerləşdirilməsini təklif etdilər. Sonda sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Şəhər rəhbəri sakinləri narahat edən problemləri dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.

Keçidlər