Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü Energetiklər yaşayış massivinun sakinləri ilə 17 iyun tarixində olub.

19 iyun 2026 | 10:41

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü Energetiklər yaşayış massivinun sakinləri ilə 17 iyun tarixində olub. Fazil Əzimov küçəsindəki 7 saylı binanın qarşısında keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, şəhər prokuroru, şəhər Bələdiyyəsinin nümayəndəsi, sakinlər, idarə və kommunal xidmət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlham İsmayılov iştirakçıları salamlayaraq şəhərdə həyata keçirilən abadllq-quruculuq işlərindən söz açıb. Qeyd edib ki, tədbirlər planına müvafiq olaraq bu il yaşayış massivində bir çox yaşayış binalarının dam örtükləri yenilənəcək, ərazilərdə nümunəvi məhəllələr yaradılacaq, uşaq və gənclər üçün idman meydançaları hazırlanacaq, vətəndaşların rahat istirahəti üçün şərait yaradılacaqdır. İcra başçısı ölkə Prezidenti İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayaraq məşğulluğun təmin edilməsinin diqqətdə olduğunu bildirib.

Çıxış edən sakinlər görülən işlərdən razılıqlarını bildiriblər. Bəzi ərazilərdə olan hündür ağacların budanması, asfalt örtüyünün salınması, səkilərin yaradılması, kanalizasiya sistemində olan nasazlıq, yaşıllıq zolaqlarının suvarılması, ərazilərə oturacaqların qoyulması və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Qeyd olunan müraciətlərlə bağlı aidiyyəti müəssisə rəhbərləri məlumat veriblər və məsələlərin həllini qeydiyyata götürüblər. Görüşün sonunda şəhər rəhbəri sakinlərlə keçirilən hər bir görüşün xüsusi əhəmiyyət daşıdığını, mövcud problemlərin vaxtında aradan qaldırılmasına təkan verdiyini bildirərək müvafiq müəssisə rəhbərlırinə tapşırıqlarını verib.

Keçidlər