Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü Energetiklər yaşayış massivindəki 4 nömrəli tam orta məktəbin akt zalında keçirilib.
24 oktyabr 2025 | 09:20
Görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər prokuroru, Bələdiyyənin sədri, yaşayış massivindən və şəhərin müxtəlif ərazilərindən gələn sakinlər, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İcra başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq sakinlərlə keçirilən səyyar görüşlərin əhəmiyyətindən danışıb. Bildirib ki, cari ilin əvvəlindən təsdiq olunmuş tədbirlər planına əsasən bu yaşayış massivində Milli Qəhrəmanımız Natiq Qasımov adına mini parkın yaradılması işləri aparılır. Eyni zamanda bir nümunəvi məhəllə yaradılır, uşaq və gənclər üçün idman və əyləncə meydanları hazırlanır, yaşayış binaları əsaslı təmir edilir, işıqlanma nöqtələri artırılır. Sizlərin rahatlığı, mənalı istirahətinizi təmin etmək üçün hər cür şərait yaradılır. Qeyd olunub ki, şəhərdə infrastriktur layihələrinin -su, işıq və qaz xətlərinin yenidən qurulması, həmçinin kanalizasiya sisteminin çəkilişinin 80 faizdən çox hissəsi yekunlaşıb. Vətəndaşları daha çox narahat edən istilik sisteminin bərpası, yenidən qurulması istiqamətində əlaqədar dövlət qurumu ilə danışıqlar aparılır. Görüşümüzün əsas məqsədi, həmişə olduğu kimi sizləri narahat edən problemləri öyrənmək və həllinə dəstək göstərməkdir. Çıxış edən sakinlər həyata keçirilən quruculuq işlərinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Narahatlıq yaradan problemlər diqqətə çatdırılıb. Bəzi binaların qarşısında səkilərin olmaması, işıqlanmanın zəifliyi, kanalizasiya xəttinin çəkilişində olan nöqsanlar, mənzilin dam örtüyündən yağış sularının damması və digər məsələr barədə müraciətlər edilib. Müraciətlərlə bağlı aidiyyəti müəssisə rəhbərlərinin açıqlamalarını dinləyən İlmah İsmayılov konkret tapşırıqlarını verdi: Vətəndaşları narahat edən hər bir məsələnin həlli nəzarətə götürülməli və ciddi yanaşılmalıdır. Bu bizim başlıca vəzifələrimizdəndir.