Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü dekabrın 18-də Mingəçevir Tibb Kollecində keçirilib.

19 dekabr 2025 | 11:28

     Görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər Bələdiyyəsinin; idarə və müəssisələrin rəhbərləri, energetiklər yaşayış massivindən və şəhərin müxtəlif ərazilərindən gələn sakinlər, mətbuat işçiləri iştirak ediblər.

     Görüşü açan İcra başçısı İlham İsmayılov qrafikə uyğun olaraq keçirilən səyyar qəbulların əhəmiyyətindən danışıb. Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sizlərlə keçirilən görüşlərimizin əsas məqsədi rastlaşdığınız problemlərlə tanışlıq etmək, həllinə nail olmaq və təkliflərinizi öyrənməkdir. Əziz dostlar, daha bir təqvim ili başa çatmaq üzrədir. Bildiyiniz kimi bu il şəhərimiz üçün əlamətdar hadisələrlə yadda qalır. Cənab Prezidentimizin Mingəçevirə səfəri, müasir layihədə inşa olunan "8 Noyabr İstilik Elektrik Stansiyası"nın istismara verilməsi tarixi hadisədir. O cümlədən şəhərin müxtəlif ərazilərində, elə bu yaşayış massivində müasir quruculuq və təmir işlərinin uğurla aparılması şəhərimizin inkişafına olan töhfələrdəndir. Şəhər rəhbəri insanların işlə təminatının diqqətdə olduğunu, Sənaye Parkının genişləndirilməsi istiqamətində layihələrin hazırlandığını da diqqətə çatdırıb.

      Çıxış edən sakinlər görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, problemlər də mövcuddur. Bəzi ərazilərdə gecə işıqlanmasının zəifliyi, asfalt örtüyünün olmaması, bəzi obyektlərdən kanalizasiya xəttinə qoşulmama, zirzımidə mövcud olan antisanitar vəziyyət, küçələrə müşahidə kameralarının quraşdırılması kimi müraciət və təkliflər diqqətə çatdırılıb. Hər bir müracitlə bağlı aidiyyəti müəssisə rəhbəri məlumat verib və qeydiyyata götürüb. Sonda icra başçısı İlham İsmayılov Mingəçevirin gözəlləşməsi, inkişafı məqsədi ilə görülən işlərin gələn il də davam etdiriləcəyini, xidmət müəssisə kollektivlərinin hər bir layihədə yüksək peşəkarlıqla çalışdıqlarını qeyd edib .

Keçidlər