Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü avqust ayının 7-də keçirilib.

08 avqust 2025 | 15:39

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü avqust ayının 7-də keçirilib. A.Məmmədov küçəsindəki 8/3 saylı binanın qarşısında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, əraziyə yaxın olan küçələrdən gələn sakinlər, Mingəçevir Bələdiyyəsinin, idarələrin, kommunal xidmət müəssisələrinin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Prezident İlham Əliyevin tapşırığı ilə vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi ilə ölkəmizin bütün bölgələrində olduğu kimi Mingəçevirdə də abadlıq-quruculuq işlərinin həyata keçirildiyini qeyd edib. Şəhərdə ilin əvvəlindən başlanan əsaslı təmir və abaqdlıq-quruculuq işlərinin uğurla davam etdirildiyini bildirən şəhər rəhbəri bildirib ki, bu məhəllədə ötən il quruculuq işləri reallaşıb. Yaşayış binalarının əsaslı təmiri çərçivəsində ümumi istifadə sahələri, bloklar suvanaraq rənglənib, plastik pəncərə çərçivələri və seyf qapılar qoyulub, fasad hissələri rənglənib. Ərazidə vətəndaşların istirahəti üçün kölgəliklər, oruracaqlar qoyulub, işıqlanma dirəkləri quraşdırılıb, kanalizasiya sisteminin yenidən qurulmasından sonra asfaltlanma və bordürlərin qoyulması işləri görülüb. Bu cür quruculuq işləri vətəndaşlarda məmnunluq hissləri yaradır. Dövlətimizin başçısının göstərdiyi diqqət və qayğının təzahürü olan bu cür işlər şəhərimizin bütün ərzilərində, küçə və məhəllərində həyata keçiriləcək, parklarda və istirahət məskənlərində də yeni layihələrin icrası reallaşacaqdır. Şəhər rəhbəri işsizlik problemlərinə də toxunub, sahibkar layihələrinə dəstək göstərilməsindən, ölkə Prezidentinin açılışını etdiyi 8 Noyabr Elektrik Stansiyasnın fəaliyyətini uğurla davam etdirdiyindən, sənaye parkının sahəsinin genişləndirilməsi istiqamətində hazırlıq işlərinin görülməsindən də danışıb. Çıxış edən sakinlər təmir-bərpa və quruculuq işlərinə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edərək, problemlərdən danışıblar. Binaların ətrafında olan hündür ağacların təhlükə yaratmasından, budanmasının vacibliyindən söz açılıb. Qış aylarında istiliyin olmaması, istilik sisteminin çəkilməsi, qazanxananın təmiri ilə bağlı müraciət diqətə çatdırılıb. Küçələrdə və binaların ətrafında məsuliyyətsiz sürücülərin sürət həddini keçdiyi bildirilib. Ağacların suvarılması üçün texniki su xəttinin çəkilməsi, bəzi ərazilərdə kanalizasiya sisteminin çəkilişindın sonra asfalt örtüyünün döşənməməsi, pensiya və təqaüdün hesablanması sahəsində olan narazılıq, işsizlik və digər məsələlər barədə problemlər diqqətə çatdırılıb. İcra başçısı İlham İsmayılov diqqətə çatdırılan problemlərlə bağlı müvafiq müəssisə rəhbərlərinin məlumatlarını dinləyərək tapşırıqlarını verib və sakinləri əmin edib ki, müraciət və təklif etdiyiniz hər bir məsələ ilə bağlı tədbirlər görüləcəkdir. Əsas məqsədimiz cənab Prezidentimizin tapşırıqlarını məsuliyyətlə yerinə yetirmək, şəhərimizin gözəlləşməsinə, təmizliyinin qorunmasına, yaşıllıqlarının genişləndirilməsinə, ən əsası isə vətəndaşların rahatlığını təmin etməyə nail olmaqdır. Bu məqsədlə müvafiq qurumların kollektivləri şəhər İcra Hakimiyyətinin Tədbirlər Planı çərçivəsində fəaliyyətlərini vaxtında və qüsursuz icra etməyə çalışırlar.

Keçidlər