Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü aprel ayınin 9-da keçirilib.

10 aprel 2026 | 09:52

Energetiklər yaşayış massivində şəhid A. Niftəliyev adına Mədəniyyət Mərkəzində keçirilən vətəndaş qəbulunda ŞİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və sakinlər iştirak ediblər.

Görüşü açan İlham İsmayılov görüşün keçirilməsinin əsas məqsədinin vətəndaşların qarşılaşdıqları problem və çətinlikləri öyrənmək və həllini təmin etmək olduğunu bildirib. Ölkə Prezidenti İlham Əliyevin regionlara göstərdiyi diqqət və qayğısı sayəsində Mingəçevirdə həyata keçirilən quruculuq işlərinin genişləndiyini qeyd edib. Vətəndaşların rifah halının yaxşılaşdırılması, səmərəli istirahətinin təmin olunması üçün nümunəvi məhəllələrin və xiyabanların yaradıldığı vurğulanıb.

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində bu il 5 şəhərdə, o cümlədən Mingəçevirdə daha geniş tikinti- quruculuq işlərinin aparılacağını, bir çox binalarda mövcud olan yumşaq dam örtüklərinin yeni materiallarla dəyişdiriləcəyini deyən İcra başçısı şəhərimizin gözəlləşməsi naminə yeni layihələrin də icra olunacağını diqqətə çatdırıb. Sakinlər görülən işlərə görə razılıqlarını və ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Çıxış edən sakinlər işıqlanma siiseminin zəifliyi, idman meydançasının yaradılması, mənzilin sənədləşdirilməsi, mənzil problemi, asfalt örtüyünün çəkilməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Görüşün sonunda İcra başçısı aidiyyəti müəssisə rəhbərlərinə vətəndaşların bildirdilkəri problemləri nəzarətə götürməyi və həllini təmin etməyi tapşırıb.

Keçidlər