Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü aprel ayınin 2-də keçirilib.

03 aprel 2026 | 11:26

13 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhər prokuroru, polis şöbəsinin rəisi, şəhər Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və təmsilçiləri, müxtəlif ərazilərdən gələn sakinlər, mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində Mingəçevirdə həyata keçirilən layihələrin davam etdirildiyini və bütün bunların vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıdığını bildirib. Qeyd olunub ki, bu il 42 yaşayış binasını əhatə edən 5 məhəllədə abadlıq quruculuq işləri aparılacaq, o cümlədən küçələrdə, dalanlarda, bir çox məhəllələrdə işıqlanma sistemi quraşdırılacaq, asfaltlanma işləri aparılacaq, iki xiyabanın yenidən qurulması layihəsi reallaşacaqdır.

Görüşdə çıxış edən sakinlər bəzi ərazilərdə bordürlərin olmaması, transformator xəttinin çəkilməsi, dam örtüyünün təmiri, dezinfeksiya işlərinin aparılması, fasad hissələrda yaranan nasazlığın təhlükə yaratması və digər məsələlərlə bağlı müraciətlər ediblər. Müraciətlərlə əlaqədar müvafiq müəssisə rəhbərlərinin məlumatları dinlənilib.

Görüşün sonunda şəhər rəhbəri aidiyyəti müəssisə rəhbərlərinə vətəndaşların bildirdilkəri problemləri nəzarətə götürməyi, yerində tanışlıq etməyi və həllini təmin etməyi tapşırıb. Verilən tapşırıqların icrasına məsuliyyətlə yanaşmağı tövsiyə edib.

Keçidlər