Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü aprel ayının 17-də keçirilib.

18 aprel 2025 | 10:40

17 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, A.Məmmədov, Ş.İ.Xətai, Nəsimi küçələrindən, Mingəçevir kəndi yaşayış massivindən gələn sakinlər, Mingəçevir Bələdiyyəsinin, idarələrin, kommunal xidmət müəssisələrinin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov cari ilin əvvəlindən şəhərdə icrasına başlanan abadlıq-quruculuq işləri ilə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu işlərin əsas məqsədi vətəndaşların rifah halının yaxşılaşdırılmasıdır.

Görüşdə çıxış edən vətəndaşlar bir gün əvvəl yağan leysan yağışları zamanı bəzi binaların dam örtüyündən evlərə su damması, kanalizasiya çəkilişi bitən ərazilərdə birləşmənin verilməməsi və həmçinin asfalt örtüyünün bərpa olunmaması, sahibsiz itlərin təhlükə yaratması, bəzi fərdi evlərin yaxınlığında qaz xəttinin korroziyaya uğraması, işıq nöqtələrinin olmaması kimi problemləri diqqətə çatdırdılar.

Şəhər rəhbəri İlham İsmayılov aidiyyəti müəssisə rəhbərlərinə ciddi tapşırıqlar verərək sakinlərin iştirakı ilə ərazilərdə olmağı, problemlərin həllinə ciddi yanaşmağı tövsiyə edib.

Keçidlər