Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü aprel ayınin 16-da keçirildi.

17 aprel 2026 | 09:52

Mingəçevir kəndi yaşayış massivindəki Mədəniyyət Mərkəzində keçirilən görüşdə İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Bələdiyyə nümayəndəsi, idarə və müəssisələrin rəhbərləri və təmsilçiləri, sakinlər və mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan İlham İsmayılov sakinlərlə keçirilən səyyar qəbulların əhəmiyyətindən danışıb. Ölkə Prezidenti İlham Əliyevin regionlara göstərdiyi diqqət və qayğısını, Mingəçevirdə həyata keçirilən quruculuq işlərinin sahəsinin genişləndiyini qeyd edib. İnsanların rifah halının yaxşılaşdırılması, rahatlığı səmərəli istirahəti üçün nümunəvi məhəllələrin və xiyabanların yaradıldığını vurğulayıb. Cari il ərzində "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Dövlət Proqramına əsasən 5 şəhərin sırasında Mingəçevirdə də daha geniş tikinti-quruculuq işlərinin aparılacağını diqqətə çatdırıb. Bu yaşayış massivində mövcud olan əsas problemin kanalizasiya çəkilişindən sonra yollarda yaranan bərbad vəziyyətin diqqətdə olduğunu deyən şəhər rəhbəri hələlik bu sahələrə çınqıl materialının töküldüyünü, layihə başa çatdıqdan, kanalizasiya sistemi tam quraşdırıldıqdan sonra yeni asfalt örtüyünün döşənəcəyini bildirib.

Sakinlər görülən işlərə görə razılıqlarını və ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Müraciətlər əsasən küçə və dalanlarda kanalizasiya xəttinin yenidən qurulması zamanı yol verilən nöqsanlar, bəzi ərazilərdə işıqlanma sisteminin zəifliyi və ya olmaması, elektrik dirəyinin yerləşdirilməsi, sahibsiz itlərin təhlükə yaratması barədə olub.

Müraciətlərdə qaldırılan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Keçidlər