Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla ilin son səyyar görüşü dekabrın 25-də Uşaq Gənclər İnkişaf Mərkəzinin akt zalında keçirilib.
25 dekabr 2025 | 17:58
Görüşdə İcra başçısı aparatının məsul işçiləri, şəhər prokuroru, idarə və müəssisələrin rəhbərliyi, müxtəlif küçələrdən gələn sakinlər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Görüşü açan İlham İsmayılov başa çatmaqda olan il ərzində şəhərdə həyata keçirilən əsaslı təmir, abadlıq və quruculuq işlərinin bir çoxunun uğurla başa çatdığını bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçirilən bu cür görüşlərin işlərin gedişinə müsbət təsir etdiyi bildirilib. Onlarla çoxmənzilli yaşayış binasının əsaslı təmir edildiyi, nümuməvi məhəllələrin yaradıldığı, park və xiyabanlarda yenidənqurma işlərinin aparıldığı, işıqlanma sisteminin genişləndiyi, vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi ilə hazırlanan digər layihələrin icra olunduğu qeyd olunub. Şəhərin gözəlləşməsi məqsədi ilə quruculuq layihələrinin ayrı-ayrı ərazilərdə davam etdirildiyini diqqətə çatdıran şəhər rəhbəri vətəndaşların məşğulluğunun daim diqqətdə olduğunu da vurğulayıb. Bir neçə gün əvvəl dövlət başçısının imzaladığı "Aztəmatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncamını vətəndaşlara göstərilən növbəti diqqətin bariz nümunəsi olduğunu qeyd edib. Çıxış edən sakinlər görülən işlərə görə ölkə Prezidentinə minnətdarllqlarını bildiriblər. Problemlərdən danışmaqla fikirlərini çatdırıblar. Qurumuş ağacın budanması, məişət tullantılarının daşınması, sahibsiz itlərin təhlükə yaratması, işsizlik, yaşayış binasının əsaslı təmiri və digər məsələlərlə bağlı müraciətlər edilib. Aidiyyəti müəssisə rəhbərləri məsələlərə aydınlıq gətirərək problemi qeydiyyata götürüblər. Görüşə yekun vuran İcra başçısı İlham İsmayılov müvafiq müəssisə rəhbərlərinə deyilən problemlərin həllinə maksimum nail olmağı tapşırıb. Şəhərin gözəlləşməsi üçün qarşıdan gələn təqvim ilində də quruculuq işıərinin sahəsinin genişlənəcəyini bildirib. Görüş iştirakçılarını və onların timsalında ailə üzvlərini, əzizlərini qarşıdan gələn əziz bayramlar münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb.