Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun səyyar qəbulları davam edir
05 may 2023 | 17:34
May ayının 4-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev, şəhərin digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri ictimaiyyət nümayəndələri, mətbuat işçiləri ilə birgə növbəti səyyar görüş keçirib. Səyyar qəbul Mingəçevir şəhər 12 nömrəli tam orta məktəbin akt zalında oldu. H.Əliyev, 20 Yanvar, Günəş, C.Əliyev, N.Nərimanov küçələrinin sakinləri ilə görüşdə 70 nəfər iştirak edirdi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamladıqdan sonra Mingəçevirin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışmış, bildirmişdir ki, görülən işlər bundan sonra da davam etdiriləcəkdir. Qəbul zamanı 7 sakinin problem və təkliflərini dinləyən şəhər rəhbəri mövcud problemlərin həlli, kanalizasiya sisteminin bərpası, yaşıllıqların suvarılması, işsizlik, çox mənzilli yaşayış binalarının əsaslı təmiri , təhlükə törədən ağacların kəsilməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıqlarını verdi.