Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun səyyar görüşləri davam edir

07 iyul 2023 | 16:26

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü iyul ayının 6-da M.Maqomayev küçəsindəki 73 nömrəli binanın qarşısında oldu. Görüşdə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Görüşə M.Maqomayev küçəsindəki yaşayış binalarının sakinləri ilə yanaşı şəhərin digər ərazilərində yaşayan vətəndaşlar da gəlmişdilər. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamlayaraq dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığı ilə keçirilən səyyar görüşlərin əsas məqsədinin vətəndaşları narahat edən problem və çətinliklərin həllinə yönəldiyini bildirdi. Ölkəmizdə və şəhərimizdə həyata keçirilən tikinti-quruculuq işlərindən danışaraq qeyd etdi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində abadlıq-quruculuq işləri uğurla davam edir. Şəhərimizdə abadlıq-quruculuq işlərinin sahəsi genişlənir, məhəllələrdə əsaslı təmir işləri aparılır, nümunəvi məhəllələr, yeni istirahət guşələri yaradılır ki, bütün bunlar vətəndaşların mənalı istirahətinə, uşaqların əylənməsinə imkan yaradır. Ötən müddət ərzində çoxmənzilli binaların dam örtüklərinin yenilənməsi, onlarla binanın fasad hissəsinin rənglənməsi, ümumi istifadə sahələrinin əsaslı təmiri, məhəllələrdə asfaltlanma işləri, piyada keçidlərinin yaradılması, işıqlanma sisteminin çəkilməsi, oturacaqların qoyulması, kölgəliklərin, söhbətgahların yaradılması və bu kimi digər işlər təbii ki, digər məhəllə və binalarda davam etdiriləcək. Şəhərimizin sağ və sol sahillərində, Mingəçevir Kəndi, Bağlar, Tərəvəzçilik sovxozu, Tingçilik yaşayış massivlərində həyata keçirilən quruculuq işləri, yaşıllıq zolaqlarının genişlənməsi, yeni ağac tinglərinin və dekorativ gül kollarının əkilməsi, yaşıllıq zolaqlarına texniki su xəttinin çəkilməsi məhz sakinlərin arzu və istəklərinə uyğun olaraq reallaşıb. Kanalizasiya sisteminin yenidən qurulması prosesinin böyük hissəsi başa çatıbdır ki, bu da mingəçevirliləri illərdir narahat edən əsas problemin aradan qalxmasına yol açır. Bu gün də sizləri dinləmək, problemlərinizlə tanış olmaq və həllinə nail olmaq üçün görüşə toplaşmışıq. Görüşdə çıxış edən sakinlərdən Dəmir Abdullayev, Ceyhun Qarayev, Svetlana Quliyeva, Məhəmməd Şirinov, Gülnar Həsənova, Ayna Yusibova şəhərimizdə həyata keçirilən abadlıq quruculuq işlərini təqdir etdilər. Eyni zamanda iş yerlərinin yerdəyişməsi, binaların qarşısında oturacaqların olmaması, marşrut avtobus fəaliyyətində qarşılaşdıqları çətinliklərlə və digər məsələlərlə bağlı problemlərindən söz açdılar. Şəhər rəhbəri qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər