Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü oldu
31 oktyabr 2022 | 10:46
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü oldu Müraciətlər diqqətlə dinlənildi Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oktyabr ayının 28-də Mingəçevir Bələdiyəsinin akt zalında keçirildi. Görüşə əsasən bələdiyyəyə yaxın ərazilərdə yaşayan sakinlər dəvətli idilər. Eyni zamnada şəhərin digər ərazilərində yaşayan sakinlərin iştirakı da açıq saxlanılırdı. Odur ki, zalda xeyli sayda sakinlər toplaşmışdı. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri salamladıqdan sonra ölkə həyatında baş verən yeniliklər haqqında onlara qısa məlumat verdi. Respublika Prezidenti cənab İlham Əiyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdən bəhs etdi. Ölkəmizdə 44 günlük Vətən müharibəsindən sonra aparılan quruculuq işlərindən, Zəfər bayramına hazrlıq vəziyyətindən danışdı. Cənab Prezidentin tapşırığına müvafiq olaraq Mingəçevirdə insanların arzu və istəyinə uyğun işlərin həyata keçirildiyinə diqqət yönəltdi. Bağlar massivində asfaltın salınması, şəhərin ayrı-ayr hissəsində kanalizasiya və su xətlərinin, qaz, işıq problemlərinin həllini ön plana çəkdi. Eləcə də sakinlərin məmnunluq hissini artırmaq, onların asudə vaxtlarının səmərəliliyini yüksəltmək məqsədi ilə yeni istirahət zonalarnın yaradılmasını diqqqətə çatdırdı. Bütün bunların sakinlərlə birgə fəaliyyətin nəticəsi kimi dəyərlıəndirdi. Sonra görüşdə iştirak edən sakinlərdən Sahib İsrafiliov, Oqtay Eyvazov, Afayət Cəfərova, Rəna Rüstəmova Həsən Cəfərov, Azər Alıyev, Lalə Məmmədova, Adil Kərimov, Fərman Nəsirov, Habil Məmmədov və başqaları zalda qoyulmuş sərbəst mikrafondan istifadə edərək qarşılaşdıqları problemlərdən söz açdılar. Diqqət əsasən binaların zirzəmilərindən çirkab suların axıdılmasına, antisanitariya vəziyyətinin hökm sürməsinə, bəzi məhəllələrdə işıqlanmanın olmamasına, binaların önünə zibil qablarının yerləşdirilməməsinə, mənzilə ehtiyac duyulmasına və s. yönəldildi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müraciətləri diqqətlə dinlədikdən sonra bəzi məsələlərə aydınlıq gətirdi və qaldırılan məsələlərin konkret həlli istiqamətində görüşdə istirak edən şəhər İcra Hakimiyyətinin məsul şəxslərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi. Sakinləri əmin etdi ki, qaldırılan hər bir məsələ araşdırılaraq nəzarətə götürüləcək və qısa müddətdə həllini tapacaqdır.