Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü davam edir

03 oktyabr 2022 | 16:48

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə nöbəti səyyar görüşü sentyabr ayının 30-da Ərəş küçəsi ilə N.Nərimanov küçələrinin kəsişdiyi ərazidə oldu. Görüşü Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük abadlıq-quruculuq işləri həyata keçirilir. 44 günlük Vətən müharibəsindən sonra Qarabağ bölgəsində həyata keçirilən böyük layihələrin əhatəli şəkildə yerinə yetirilməsi buna əyani sübutdur. Demək olar ki, bölgənin hər yerində tikinti quruculuq işləri sürətlə davam edir, keçmiş məcburi köçkünlərin öz yurd yuvalarına qayıtmaları üçün hər cür şərait yaradılır. Artıq bu istiqamətdə əməli addımlar atılmışdır. Eyni zamanda Mingəçevirdə cənab prezidentin tapşırığına müvafiq olaraq abadlıq-quruculuq işləri insanların arzu və istəklərinə uyğun olaraq yerinə yetirilir. Sakinlərlə keçirilən hər bir səyyari görüşdə qaldırılan məsələlər tərəfimizdən diqqətlə nəzarətə götürülür və həllini tapır. Şəhərimizin demək olar ki, bütün ərazilərində bu işlər davam etdirilir. İcra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin əhəmiyyətini vurğuladıqdan sonra onları açıq söhbətə dəvət etdi. Sakinlərdən Çələbi İsayev, Gülnar Rəsulova, Sahibə Rəsulova, Mətanət Həsənova, İntizar Məhərrəmova, Məlahət Səfərova, Gündüz Əliyev və başqaları çıxış edərək yaşadıqları ərazilərdə, eləcə də şəhərdə aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirdilər. Onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə minnətdarlıq ifadə etdilər, qarşılaşdıqları problemlərdən söhbət açdılar. Xüsusilə qeyd olundu ki, binaların zirzəmiləri antisanitariya vəziyyətində olur, ərazidəki ağacların vaxtlı-vaxtında budanılmasına ehtiyac duyulur, o cümlədın ağacların suvarılması və ərazidəki xeyir-şər mağarlarının təmirinə kömək göstərilməsi diqqət mərkəzində saxlanılmalıdır. Sakinlərdən Çələbi İsayev elektrik xəttinin ərazidə yararsız vəziyyətdə olduğunu diqqətə çatdırdı. Qaldırılan məsələləri diqqətlə dinlədikdən sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşdə iştirak edən idarə, müəssisə, təşkilat rəhbərlərinə, şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxslərinə konkret tapşırıqlarını verdi, nöqsanların tezliklə aradan qaldırılmasını tapşırdı. Yekun olaraq sakinləri əmin etdi ki, qaldırılan hər bi məsələ nəzarətə götürülməklə qısa müddətdə həllini tapacaqdır.

Keçidlər