Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü 12 avqust 2022-ci il tarixində keçirilib
12 avqust 2022 | 09:21
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü Vaqif Abdullayev küçəsindəki ərazidə olub. Şəhər rəhbəri son illər ərzində Mingəçevirdə həyata keçirilən işlərlə bağlı məlumat verərək bildirib ki, səyyar görüşlər ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilir. Əsas məqsəd vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək və onların həllinə nail olmaqdan ibarətdir. Görüşdə Mingəçevirdə infrasruktur layihələrin reallaşmasından söz açılıb. Qeyd olunub ki, içməli su xətti yenidən çəkilib, mingəçevirliləri illərdən bəri narahat edən kanalizasiya xəttinin yenidən qurulması işləri davam etdirilir. Hazırda N.Nərimanov, A.Məmmədov, Təbriz küçələrində kanalizasiya xəttinin yenilənməsi prosesi aparılır. Şəhərimizin qaz təminatı 98-97 % yerinə yetirilib, elektirik enerjisi ilə 100% təminat var, yollar asfaltlanır, məhəllələr abadlaşır, istirahət güşələri yaradılır, yaşıllıqların qorunması üçün texniki su xətləri çəkilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı zəfər qazanan dövlətimizin iqtisadi inkişafı, dünya dövlətləri sırasında nüfuzunun artması Azərbaycanın qüdrətli gələcəyindən xəbər verir. Azad olunan ərazilərdə tukinti quruculuq işlərinin sürətlənməsi və bu işlərə dünya dövlətlərinin də maraq göstərməsi bunu deməyə əsas verir ki, Azərbaycan regionda liderdir və imzası tanınır. Çıxış edən sakinlər şəhərimizdə aparılan quruculuq-abadlıq işlərindən razılıq etməklə yanaşı onları narahat edən problemləri dilə gətiriblər. Rəfi Rəfiyev, Ramiz Əsədov, Sahib Məmmdov, Natiq Mövsümov, Bənyaz Osmanov, Elşən Cabbarov problemlərdən söz açıblar. Qeyd olunub ki, ərazinin asfaltlanması başa çatdıqdan sonra lükların 1 metr dərinlikdə qalması avtomobillərin hərəkətinə, uşaqların, qocaların hərəkətində çətinlik yaradır. Xeyir şər mağarının təmirə ehtiyacının olması, məhəllədə uşaqların istirahəti və oynaması üçün qurğuların quraşdırılması, qurumuş ağacların həyat üçün təhlükə mənbəyinə çevrilməsi, küçələrin gecə işıqlanmasında mövcud olan narahatlıqlardan söz açıldı. Binaların fasad hissələrinin və ümumi istifadə sahələrinin əsaslı təmirə ehtiyacı olduğu dilə gətirilib. İlham İsmayılov sakinlərin diqqətinə çatdırıb ki: “Bu gün “Azərsu” rəhbərliyi şəhərdə olub, söhbətimizin bir istiqaməti bu ərazilərdə yaranan problemlə bağlı olub. “Azərsu” rəhbərliyi etiraf edib ki, Mingəçevirdə aparılan işlər nöqsanlarla görülüb. Və onun aradan qaldırılması nəzarətə götürülüb. Şəhər rəhbəri bildirib ki, Mingəçevirdə 466 çoxmərtəbəli yaşayış binası var, son 4 ilə yaxın müddət ərzində 167 bina təmir olunub. O cümlədən bu il, 30 bina mənzil fondunun təmiri hesabına, 18 bina Mənzil Təmir Abadlaşdırma idarəsinin xətti ilə, 6 bina isə energetiklər qəsəbəsi yaşayış massivindəki mənzil kommunal təsərrüfatı kombinatının xətti ilə təmir olunacaq. Əmin ola bilərsiniz ki, şəhərimizdə mövcud olan bütün problemlərin həlli diqqət mərkəzindədir və bu işlər ardıcıl olaraq aradan qaldırılacaq.”