Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşləri davam edir
10 oktyabr 2022 | 11:10
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oktyabr ayının 7-də M.Maqomayev, Ü.Hacıbəyov və R.Rza küçələrinin ərazisində oldu. Görüşü açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə prezidenti İlham Əliyevn tapşırığına əsasən keçirilən bu görüşlərin sakinlərin problem və çətinliklərinin öyrənilməsi və həll edilməsi məqsədi ilə təşkil olunduğunu bildirdi. Qeyd olundu ki, dövlətimizin başçısının imzaladığı müvafiq fərman və sərəncamlara əsasən yurdumuzun hər yerində abadlıq-quruculuq işləri həyata keçirilir. Bu cür işlərin Vətən müharibəsində əldə olunan qələbədən sonra azad olunan ərazilərdə daha geniş surətdə həyata keçirildiyi vurğulandı. Azad olunan torpaqlarımızda yeni və müasir infrastruktur layihələr reallaşır. Bu ərazilərdə 30 il əvvəl doğma ata ocağını tərk edərək məcburi köçkün həyatı yaşayan soydaşlarımızın qayıtması üçün lazım olan bütün işlər görüləcək və qədim torpaqlarda həyat yenidən canlanacaqdır. Mingəçevir şəhərində həyata keçirilən işlər, küçələrin abasdlaşdırılması, asfaltlanması, park və istirahət məkanlarının salınması, yaşıllıq zolaqlarının genişlənməsi, məhəllələrin abadlaşıdrılımsası, binalarda əsaslı təmir işlərinin aparılması davam etdirlir. Görüşdə çıxış edən sakinlər, Namizəd Osmanov, Almarə Tağıyeva, Minayə Dursunova, Aslan Allahverdiyev, İntiqam Əliyev, Ramil Qarayev, Yaqub Mehdiyev, Səttar Rzayev, Coşqun Mütəllibov şəhərimizdə aparılan tikinti-quruculuq işlərini, Mingəçevirin günbəgün gözəlləşməsini, sakinlərlə görüşlərin keçirilməsini təqdir etdilər. Problemlər dilə gətirildi. Yaşayış binalarının kanalizasiyalarının fəaliyyətinin qaneedici olmaması səbəbindən zirzəmilərinin antisanitar vəziyyətdə olması, üfunət qoxusunun sağlamlıq üçün zərərli olması qeyd olundu. Bu ərazidə prospektə çıxışa qədər heç bir marşrut xəttinin olmaması da bildirildi. Bir çox ağacların budanmasının vacib olduğu bildirildi. Zibil qutularının yerləri, binaların bloklarının əsaslı təmirə ehtiyacı olduğu, pilləkəndə yaranan çatlar, dam örtüyü, ağacların suvarılması və digər sahələrdə qarşılaşdıqları çətinliklərdən söhbət açdılar. Sakinlıərin arzu və təkliflərini dinləyən şəhər rəhbəri müvafiq idarə və təşkilat rəhbərlərinə tpşırıqlarını verərək ımin etdi ki, qaldırılna hər bir problem həllini tapacaqdır.