Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyari görüşü iyul ayının 15-də keçirildi
15 iyul 2022 | 11:49
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyari görüşü iyul ayının 15-də N. Nərimanov küçəsindəki 12 nömrəli yaşayış binasının ərazisində yaşayan sakinlərlə oldu. Qeyd edək ki, ötən il bu ərazi abadlaşdırılmış, səkilər qaydaya salınmış, sakinlərin arzusuna uyğun olaraq əraziyə asfalt örtüyü çəkilmişdir. Eyni zamanda ağaclar ağardılmış, suvarılma sistemi çəkilmiş, əraziyə sakinlərin rahatığı üçün oturacaqlar, söhbətgahlar qoyulmuş binaların fasad hissələri əsaslı təmirdən çıxarılmış, dəhlizlərə seyf qapılar qoyulmuşdur. Lakin bununla yanaşı ərazidə bir sıra problemlər də qalmaqdadır. Məhz bunu nəzərə alaraq şəhər icra hakimiyyətinin başçısı İ. İsmayılov saknlərlə növbəti görüşə gəlmişdir. İcra başçısı sakinləri salamladıqdan sonra cənab prezidentin tapşırığına müvafiq olaraq sakinlərlə ardıcıl görüşlərin keçirlməsinin vacibliyini vurğuladı və bu məqsədlə də səyyar görüşlərə üstünlük verilməsni diqqətə çatdırdı. O, eyni zamanda ölkədə və şəhərimizdə aparılan abadlıq-quruculuq işlərindən bəhs etdi. İlin əvvəlindən bəri Mingəçevirdə su-kanalizasiya xətlərinin qaydaya salınması istiqamətində işlərin aparıldığını bildirdi. Görüşdə sakinlərdən Məzahir Məmmədov, Ədalət Əhmədova, Sirac Məmmədov, Aidə Yəhyayeva, Sədiqə Əlizadə, Məlahət Nəbiyeva, Bəhlul Babayev, Mübariz Canıyev, Gülbarə Yusifova, Rəhim Rüstəmov, Məhəmməd Qurbanov və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya ğörə ölkə rəhbəri İlham Əliyevə və şəhər İcra hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər, belə görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğuladılar, problem və çətinlikərindən bəhs etdilər. Xüsusilə kanalizasiya sisteminin, qazın təzyiqinin qeyri-normal olmasnı, ətrafdakı oturacaqların təmirə ehtiyacı olmasını, övladlarına iş verilməsini diqqətə çatdırdılar. Eyni zamanda enerji gərginliyinin artıb-azalmasından da söhbət açdılar. Sakinlərin arzu və təkliflərini diqqətlə dinləyən şəhər rəhbəri aidiyyəti idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verərək əminliklə bildirdi ki, problemlərin həlli üçün lazım olan bütün tədbirlər görüləcəkdir.