Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü yanvar ayının 15-də keçirildi.
16 yanvar 2026 | 09:44
8 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, şəhər prokuroru, polis şöbəsinin rəisi, bələdiyyə sədri, şəhərin müxtəlif ərazilərindən gələn sakinlər, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.
Görüşdə çıxış edən şəhər rəhbəri diqqətə çatdırıb ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq keçirilən səyyar qəbulların əsas məqsədi vətəndaşları maraqlandıran məsələləri yerində araşdırıb operativ qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.
Vətəndaşların müraciətləri əsasən küçə və məhəllədaxili yolların təmiri, küçələrin işıqlandırılması, maddi yardım köməkliyi, çoxmənzilli yaşayış binasının təmiri, isti su təhcizatı və digər məsələlərlə bağlı olmuşdur.
Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.