Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü tərəvəzçilik sovxozu yaşayış massivindəki 5 nömrəli tam orta məktəbdə oldu.

04 iyun 2022 | 14:56

Şəhərin idarə, müəssisə, təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, yaşayış massivi sakinlərinin, KİV təmsilçilərinin iştirak etdiyi görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə gələn sakinləri salamladıqdan sonra qeyd etdi ki, mart ayından başlayan səyyar görüşlər cənab prezidentin tapşırığına müvafiq olaraq həyata keçirilir. 44 günıük Vətən müharibəsi zəfərlə başa çatdıqdan sonra artıq Azərbaycanda böyük quruculuq işləri həyata keçirilir. Xüsusilə, Qarabağ bölgəsində və ona bitişik rayonlarımızda yeni layihələr uğrula davam etdirlir. Qaz, su, işıq xəttlərinin, yolların bərpa olunması fərəh hissimizi artırır. Artıq bu bölgələrə keçmiş məcburi köçkünlərin qaytarılması proqramının yerinə yetirilməsinə başlanmışdır. Buna uyğun olaraq Mingəçevirdə də böyük quruculuq işləri davam edir. Park və xiyabanlarımız qaydaya salınır, insanların istirahəti üçün nümunəvi məhəllələr salınır, yaşayış binalarında su kanalizasiya xətləri yenilənir, insanların tələbinə uyğun olaraq işıqlanma, yolların bərpa olunması qaydaya salınır. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu günkü görüşün əhəmiyyətinə də diqqət yetirərək bildirdi ki, tərəvəzçilik sovxozu yaşayış massivi şəhər rəhbərliyinin daim diqqət mərkəzindədir, buranın abadlaşdırılması üçün bir sıra mühüm işlər həyata keçirilmişdir. Buna baxmayara bilirik ki, çatışmazlıqlar, nöqsanlar da qalmaqdadır. Buna görə də sizi dinləmək, təklif və mülahizələrinizi eşitmək bizim üçün xoşdur. Görüşdə sakinlərdən Qoşqar Bahadurbəyli, Zülfüqar Zeynalov, Vaqif Məhərrəmov, Daureşova Şirin, Daureşova Nərgiz, Aqil Zeynalov, Xatirə Musayeva, Sevda Talıbova, Gündüz Bəhramlı və Ruhəngiz Rüstəmova çıxış edərək bu günkü görüşün təşkili üçün ölkə rəhbərliyinə və şəhər icra hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Bu diqqət və qayğının ardıcıl davam etdirilməsini söyədilər. Eyni zamanda rastlaşdıqları problemlərdən söz açdılar. Tərəvəzçilik sovxozu yaşayış massivində yaşayan sakinləri narahat edən vacib məsələlər - evlərin sənədlərinin olmaması, sakinlərin texniki sularla təmin edilməməsi, kanalizasiya xəttlərinin axıradək çəkilməməsi, bəzi yerlərdə işıqlanmanın olmaması,o cümlədən yolların bəzi istiqamətlərdə asfaltlanmaması, zibil qablarına ehtiyac duyulması, kanaldan axan suların həyət evlərinə, bağçalara axması ilə bağlıdır. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemləri diqqətlə dinlədi, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə, icra hakimiyyətinin məsul şəxslərinə tapşırıqlarını verərək həmin məsələlərin qısa müddətdə həllinə nail olunması üçün əməli işlər görüləcəyini bildirdi. Əminliklə vurğuladı ki, sizin yaxından iştirakınzla bu məsələlər həll olunacaq. Məqsəd insanların məmnunluq hissinin artırılmasına nail olmaqdır.

Keçidlər